• 26 °C
|

Rutte: ABŞ-ın NATO-dan uzaqlaşdığına dair iddialar həqiqəti əks etdirmir

30 İyun 2026
img

NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın alyansla bağlı son açıqlamalarını şərh edib.

Baş katib “Sky News” kanalına müsahibəsində Vaşinqtonun NATO-dan uzaqlaşdığına dair fikirləri təkzib edib.

"ABŞ-ın hansısa şəkildə NATO-dan uzaqlaşdığına dair iddialar burada gördüklərimizlə təsdiqlənmir. Bunlar ayrı-ayrı hallardır və Alyansın fundamental öhdəliklərini dəyişmir", – Rutte bildirib.