• 6 °C
|

Şoltsun Putinlə görüşəcəyini açıqlayan deputat məhkəməyə veriləcək

5 Yanvar 2025
img

Almaniya hakimiyyəti federal kansler Olaf Şoltsun yaxın vaxtlarda Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşmək planlarını açıqlayan Bundestaqın deputatı Roderix Kizevetteri məhkəməyə vermək niyyətindədir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib.

O, Kizevetter tərəfindən yayılan məlumatı “zərərli uydurma” adlandırıb.

Qeyd edək ki, Kizevetter Şoltsun fevralın 23-dən əvvəl Moskvaya səfər edə biləcəyini və Trampla Putinin görüşünün “mart ayına planlaşdırıldığını” iddia edib.

Kreml də Bundestaq deputatının yaydığı məlumatı təkzib edib. Kremlin sözçüsü Dmitri Peskov hazırda Putinlə Şolts və ya Tramp arasında görüşlərin planlaşdırılmadığını açıqlayıb.