• 26 °C
|

Starmer 22 iyunda istefa verəcəyini açıqlaya bilər

21 İyun 2026
img

Böyük Britaniyanın Baş naziri Kir Starmer, hakim Leyborist Partiyasının üzvləri arasında etimadın itirilməsi səbəbilə 22 iyunda istefa verəcəyini açıqlaya bilər.

Bu barədə həftəlik "The Observer" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, kabinet nazirləri, müşavirləri, həmkarlar ittifaqı liderləri və Leyborist Partiyasının donorları ilə müzakirələrdən sonra Starmer artıq postunu saxlaya bilməyəcəyi qənaətinə gəlib.

Onun, istefasını gələn həftə, ehtimal ki, 22 iyunda elan edəcəyi gözlənilir.

Qəzetin məlumatına görə, Starmer hakimiyyətin nizamlı şəkildə keçidini təmin etmək məqsədilə istefası üçün vaxt çərçivəsi müəyyən edəcək.

Çox güman ki, o, sentyabr ayında, Leyborist Partiyasının konfransından əvvəl rəsmi olaraq vəzifəsindən ayrılacaq.