• 25 °C
|

Times: Ukraynalı qadın hərbçilər ölkədə məcburi hərbi xidmətin tətbiqini dəstəkləyiblər

6 İyul 2026
img

Ukrayna Silahlı Qüvvələrində xidmət edən qadın hərbçilər ölkədə qadınlar üçün İsrail modeli əsasında məcburi hərbi xidmətin tətbiqini dəstəkləyiblər.

Bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, qadın hərbçilər orduda xidmət zamanı tez-tez cinsi ayrı-seçkilik və cinsi qısnama halları ilə üzləşdiklərini gizlətmirlər.

Onların sözlərinə görə, ilkin hərbi hazırlıq mərhələsində bəzi kişi hərbçilər qadınlara yuxarıdan baxır, onları alçaldırdılar.