
Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi açıqlamalarının onu qəzəbləndirdiyini etiraf edib.
Bu barədə "Onet" portalı məlumat yayıb.
“Məni də bəzən sərhədin o tayından gələn ağılsız bəyanatlar qıcıqlandırır. Mən uzun müddət Zelenskiyə izah etmişəm ki, sizin öz hissləriniz var, bizim də öz hisslərimiz. Biz sizə necə qayğı göstəririksə, siz də bizə elə yanaşın”, – deyə Tusk bildirib.
Polşa hökumət başçısı hesab edir ki, Varşava ilə Kiyev arasındakı münasibətlər bərabərhüquqlu əsasda qurulmalıdır.
Onun sözlərinə görə, iki ölkə arasındakı tərəfdaşlıq qarşılıqlı hörmət prinsiplərinə söykənməlidir.