21 May 2026

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya ilə Rusiyaya qarşı sanksiya siyasəti üzrə aktiv danışıqlar apardıqlarını bildirib.
RBK-Ukraynanın məlumatına görə, Zelenski axşam müraciətində bu məsələnin hazırda çox həssas olduğunu və yaxın vaxtlarda tərəflər arasında ayrıca ikitərəfli danışıqlar keçiriləcəyini deyib.
Ukrayna prezidenti qeyd edib ki, Kiyev artıq Londona öz mövqeyini çatdırıb və sanksiyaların Rusiyaya təsir göstərən ən effektiv vasitələrdən biri olduğunu vurğulayıb.