• 27 °C
|

Zelenski Trampla söhbətdən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib

5 İyul 2026
img

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla söhbətindən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib.

APA xəbər verir ki, onun sözlərinə görə, tərəflər cəbhədəki vəziyyəti müzakirə ediblər.

Zelenski bundan başqa ABŞ-ın qətiyyətinin münaqişənin həllində həlledici rol oynayacağını bildirib.

Zelenski onu da əlavə edib ki, Trampla Ankarada keçiriləcək NATO sammitində söhbəti şəxsən davam etdirməklə bağlı razılığa gəlib.