24 İyn 2026

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi İran millisinin ölkəyə giriş qaydalarında yumşalmaya gedib.
Bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, İran yığmasına iyunun 27-də Misirlə keçiriləcək dünya çempionatı matçından iki gün əvvəl ABŞ-a gəlməyə icazə verilib.
Bundan əvvəl ABŞ tərəfinin tələbi ilə İran millisi oyunlardan cəmi 24 saat əvvəl Los-Ancelesə gəlir və həmin gün geri qayıdırdı. Bu dəfə komandaya oyundan iki gün əvvəl Sietlə gəlmək imkanı yaradılıb.