|

Arda Turan “Şaxtyor”un baş məşqçisi təyin olunub

27 May 2025
img

Türkiyəli tanınmış futbol mütəxəssisi Arda Turan Ukraynanın "Şaxtyor" komandasının baş məşqçisi təyin olunub.

APA xəbər verir ki, bu barədə Donetsk klubunun rəsmi saytı məlumat yayıb.

Onunla 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Arda Turan son olaraq ölkəsində "Eyupspor"a rəhbərlik edib.