
Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub.
"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi G qrupunun III turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb – 4:1.
Hər iki kollektiv mundialla vidalaşıb. BƏƏ 3 xalla üçüncü yeri tutubsa, bütün görüşlərdə uduzan Argentina qrup sonuncusu olub.
G qrupunun Çexiya – Gürcüstan qarşılaşması saat 18:15-də başlayacaq. Bu matç qrupda ilk pillənin sahibini müəyyənləşdirəcək. Hər iki yığmanın 6 xalı var.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Foto: Mircavid Eminoğlu