• 16 °C
|

Azərbaycan millisi yoldaşlıq oyununda Latviya yığması ilə heç-heçə edib

7 İyun 2025
img

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gəlib.

Riqa şəhərindəki "Skonto" stadionunda baş tutan qarşlaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.