• 27 °C
|

BBC: İngiltərə–Meksika matçının başlama vaxtı qasırğaya görə dəyişdirilə bilər

4 İyul 2026
img

Futbol üzrə dünya çempionatının İngiltərə və Meksika yığmaları arasında keçiriləcək 1/8 final oyununun başlanma vaxtı əlverişsiz hava şəraiti səbəbindən dəyişdirilə bilər.

Bu barədə BBC məlumat yayıb.

Qarşılaşma Meksiko şəhərindəki "Asteka" stadionunda keçirilməlidir.

Oyunun iyulun 6-na keçən gecə Bakı vaxtı ilə saat 04:00-da başlaması planlaşdırılır.

Məlumata görə, güclü ildırım və qasırğa təhlükəsi səbəbindən matçın başlanğıcı iyulun 5-i saat 22:00-a keçirilə bilər.

Bununla belə, FIFA hələ yekun qərar qəbul etməyib.