
Böyük Britaniyanın Baş naziri Endi Börnhem 2042-ci ildə futbol üzrə dünya çempionatının ölkə ərazisində keçirilməsini təklif edib.
Bu barədə “The Times” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Börnhem bu ideyanı Mançesterdə yeni baş nazirlik ofisində şəhər merləri ilə görüş zamanı irəli sürüb. Baş nazirin turnirə ev sahibliyi etmək üçün İngiltərə Futbol Assosiasiyası və İngiltərə Premyer Liqası ilə danışıqlar apardığı bildirilir.
“The Times” yazır ki, Börnhem hökuməti 2040-cı ildə Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsi üçün də müraciət etməyə hazırlaşır. Baş nazir yarışları Böyük Britaniyanın şimalındakı şəhərlərdə təşkil etməklə regionların iqtisadi inkişafına təkan vermək istəyir.
İngiltərə, futbol üzrə dünya çempionatına yalnız bir dəfə – 1966-cı ildə ev sahibliyi edib. Həmin il İngiltərə millisi dünya çempionatında yeganə qələbəsini qazanıb.
Son dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilib. 2030-cu il turniri İspaniya, Portuqaliya və Mərakeşdə, 2034-cü il dünya çempionatı isə Səudiyyə Ərəbistanında keçiriləcək.