22 Avq 2026

Türkiyə Super Liqasında II tura start verilib.
Apasport.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Qalatasaray” çempionatın debütantı “Ərzurumspor”u qəbul edib.
İstanbul təmsilçisi rəqibini 4 cavabsız qolla məğlub edib – 4:0.
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə də matçda iştirak edib. O, 55-ci dəqiqədə meydana daxil olub.