• 14 °C
|

Çempionlar Liqası: “Barselona” – “İnter” matçında 6 qol vurulub

1 May 2025
img

Çempionlar Liqasında yarımfinal mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, bu gün ilk oyunlara yekun vurulub.

“Barselona” “İnter”lə qarşılaşıb. Kataloniyalılar ilk matçı evdə keçirib.

Gərgin keçən qarşılaşmada qapılara 6 qol vurulub. Görüşdə qalib müəyyənləşməyib. Oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, ötən gün keçirilən oyunda PSJ “Arsenal”ı 1:0 hesabı ilə məğlub edib.

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. “Barselona” – “İnter” 3:3