• 27 °C
|

DÇ-2026-nın qalibinə kuboku İnfantino Trampla birgə təqdim edəcək

24 İyun 2026
img

ABŞ Prezidenti Donald Tramp iyulun 19-da Nyu-York–Nyu-Cersi stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının final oyununda qalib komandaya kuboku təqdim edəcək.

APA xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino “Fox and Friends” proqramında çıxışı zamanı bildirib.

“Final matçını prezidentlə birlikdə izləyəcəyik və təbii ki, qalibə kuboku da birlikdə təqdim edəcəyik”, – deyə İnfantino vurğulayıb.