• 11 °C
|

Dünya çempionatı: Bosniya və Herseqovina – Qazaxıstan matçında qalib müəyyənləşməyib

24 May 2025
img

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.

"Report"un məlumatına görə, Bosniya və Herseqovina və Qazaxıstan yığmaları F qrupunun oyununda üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Qeyd edək ki, ilk turda Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyib.

Foto: Samirə Həsənova