• 14 °C
|

“Mançester Yunayted” səfərdə, “Tottenhem” öz meydanında qələbə qazanıb

2 May 2025
img

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki görüş baş tutub.

“Tottenhem” “Bodo Qlimt”i sınağa çəkib. Londonlular rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

“Atletik” isə öz meydanında “Mançester Yunayted”lə bacarmayıb. Ev sahibləri rəqibinə 3 cavabsız qolla uduzub – 0:3.

Qeyd edək ki, komandalar arasında cavab matçları mayın 8-də keçiriləcək.