• 27 °C
|

“Mingəçevir”in yeni baş məşqçisi müəyyənləşib

10 İyul 2025
img

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda PRO kateqoriyalı mütəxəssis Ramiz Məmmədova tapşırılıb.

56 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramiz Məmmədov bu postda Füzuli Məmmədovu əvəz edib.