• 25 °C
|

Mourinyo 2029-cu ilə qədər “Real”la müqavilə imzalayıb

11 İyun 2026
img

Portuqaliyalı mütəxəssis Joze Mourinyo İspaniyanın “Real Madrid” klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

APA xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Portuqaliyanın “Benfika” klubu “Real”ın baş məşqçinin keçidi üçün 15 milyon avro ödəməyə razılaşdığını açıqlamışdı.

Mourinyo iyulun 13-də komandanın mövsümöncəsi hazırlığının ilk günündə vəzifəsinin icrasına başlayacaq.