• 27 °C
|

Özbəkistan millisi ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb

5 İyun 2025
img

Futbol üzrə Özbəkistan millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin Asiya zonasında uğurlu çıxışı sayəsində bu hüquqa yiyələnib.

IX turda Birləşmiş Ərəb Əmirlikləri ilə keçirilən görüşdə 0:0 hesablı heç-heçə qeydə alınıb.

Bu nəticə ilə Özbəkistan yığması qrupda II yeri təmin edib və tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıb.