21 Apr 2026

Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç milli komandası doğma meydanda İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edib.
APA xəbər verir ki, görüş Osloda baş tutub.
Norveç millisinin heyətində qolları 14-cü dəqiqədə Aleksander Sörlot, 34-cü dəqiqədə Antonio Nusa və 42-ci dəqiqədə Erlinq Holand vurublar.