• 14 °C
|

“Qalatasaray” matçında ”Adana Dəmirspor” meydandan çəkilib

9 Fevral 2025
img

Türkiyə Super Liqasında XXIII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Qalatasaray" öz meydanında "Adana Dəmirspor"u qonaq edib.

Görüşün 33-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Mustafa Alper Avcı oyunçularını meydançadan çıxarıb.

Beləliklə matç təxirə salınıb. Oyunun taleyinin TFF tərəfindən müəyyən ediləcəyi bildirilib.