• 28 °C
|

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib – NƏTİCƏLƏR

22 İyul 2026
img

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az xəbər verir ki, oyun günündə ümumilikdə 11 qarşılaşma baş tutub.

Təmsilçimiz “Sabah” saat 20:00-da II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Valdas Dambrauskasın yetirmələri Masazırda Finlandiya təmsilçisi “KuPS”u qəbul edib.

Görüş təmsilçimizin minimalhesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Türkiyə təmsilçisi “Fənərbaxça” isə doğma meydanda Polşanın “Qornik Zabrze” komandasıyla qarşılaşıb. İstanbul klubu Anderson Taliskanın vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarıb.

Görüş Bakı vaxtilə saat 22:00-da start götürüb.

21 iyul
20:00". Sabah" (Azərbaycan) – "KuPS" (Finlandiya) 1:0
20:00″. İberiya 1999″ (Gürcüstan) – “Slovan Bratislava” (Slovakiya) 0:2
20:00″. Myallbi” (İsveç) – “Linkoln Red İmps” (Cəbəllütariq) 3:0
20:00. “Ararat-Armeniya” (Ermənistan) – “Şemrok Rovers” (İrlandiya) 2:0

21:00. "Orhus" (Danimarka) – "Lex" (Polşa) 1:4
22:00. "Fənərbaxça" (Türkiyə) – "Qornik Zabrze" (Polşa) 1:0
22:00. “Tun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:1

22:30. "Şturm Qrats" (Avstriya) – "Harts" (Şotlandiya) 4:0
22:45. "Klaksvik" (Farer adaları) – "Kauno Jalqiris" (Litva) 0:0
23:00. "Larn" (Şimali İrlandiya) – "Srvena Zvezda" (Serbiya) 0:4
23:00. “Vikinqur” (İslandiya) – “Hapoel Beer-Şeva” (İsrail) 2:1