
Son iki mövsüm avrokuboklara vəsiqə qazana bilməyən “Neftçi” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Belarusun “Dinamo Minsk” klubunu qəbul edib.
“Palms Sport Arena”da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.
Görüşün baş hakimi kiprli Konstantinos Fellas olub.
İlk hissə “ağ-qaralar”ın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumlarını artıran qonaqlar ardıcıl üç dəfə fərqlənərək hesabda geridönüş ediblər. Qarşılaşma “Dinamo”nun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
22 iyul
20:00. “Neftçi” (Azərbaycan) – “Dinamo Minsk” (Belarus) 2:4
Başhakim: Konstantinos Fellas (Kipr)
Stadion: “Palms Sport Arena”
"Neftçi": 1. Emil Balayev, 77. Falaye Sako, 55. Endryu Qravilyon, 5. İqor Ribeyro, 24. Mustafa Sek, 20. Qustavo Klisman, 6. Sessi D`Almeyda, 8. Emin Mahmudov (k), 33. Breno Almeyda, 11. İmad Faraj, 29. Lyubomir Tupta
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeanyu Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu
Baş məşqçi: Yuri Vernidub
"Dinamo": 1. İvan Şimakoviç, 25. Abdul Aziz Ture, 26. Vladislav Kalinin, 12. Aleksey İvanov, 44. Qleb Qurban, 42. Favaz Abdullahi, 23. Aleksey Zençko, 8. Aleksandr Selvaya, 7. Yevgeni Malaşeviç, 30. Mustafa Djimet, 10. Karen Vardanyan
Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 2. Matvey Dubatovka, 3. Maksim Şetsov, 5. Danil Duşevski, 9. Andrey Lutskoviç, 11. Quljigit Alikulov, 13. Vladislav Poloz, 19. Rayan-Eli Qibero, 24. Aleksey Valkuliç, 27. Mixail Aleksandrov, 78. Artyom Sokolovski, 80. Leonard Qvet
Baş məşqçi: Aleksandr Şaqoyko