03 İyn 2026

Ağdaş rayonu ərazisində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı ağaca çırpılıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin – 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin – 41 yaşlı Ramil Həsənov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.