• 27 °C
|

Ağdərədə mülki şəxs minaya düşüb

30 May 2025
img

Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.

Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.

Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.