19 İyn 2026

Astarada piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, nəqliyyat vasitəsi Astara rayonunun Ərçivan qəsəbə sakini 2008-ci il təvəllüdlü Bibixanım Əliyevanı vurub. Xəsarət alan piyada Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. İlkin tibbi xidmət göstəriləndən sonra Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.