• 11 °C
|

Bakı dairəvi yolunda piyada ölümü ilə nəticələnən qəza olub

5 İyun 2025
img

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Kənan Məmmədov idarə etdiyi “Chevrolet cobalt” markalı avtomobillə Bakı dairəvi yolunun köməkçi hissəsi ilə Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada 1987-ci il təvəllüdlü Mirzəyev Ruslan Fərman oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.