29 Apr 2026

Bakının Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib.
APA xəbər verir ki, mübahisə zamanı ər kirayə yaşadıqları mənzildə arvadını döyərək öldürüb.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.