• 28 °C
|

Bakıda oteldə iş yoldaşını öldürən şəxsə 11 il 6 ay həbs cəzası verilib

20 Avqust 2026
img

Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Seymur Manafov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu ilin yanvar ayında "Boulevard Hotel”də baş verib. Belə ki, hoteldə ofisiant işləyən Seymur Manafov Şəmistan Əliyevi camaşırxanada bıçaqlayaraq öldürüb. Seymur Manafov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.