19 Avq 2026

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var.
APA xəbər verir ki, hadisə Şəkərabad kəndinə gedən yolda qeydə alınıb.
Belə ki, "Chevrolet" markalı avtomobil dönmə hərəkəti zamanı 2 motosikletlə toqquşub.
Qəza zamanı 2005-ci il təvəllüdlü Kamil Ümmətov, 1993-cü il təvəllüdlü İmran Əliyev və 2004-cü il təvəllüdlü Rəhim Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.