• 26 °C
|

Bakıda qətl hadisəsi baş verib

30 İyul 2026
img

İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.

APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib. O. Yusubov aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədib qaçan S. Camalovu polis əməkdaşları saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.