• 26 °C
|

Mərdəkanda 2 gün əvvəl dənizdə batan yeniyetmənin meyiti tapılıb

30 İyul 2026
img

28 iyul tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2009-cu il təvəllüdlü Nurlan İsmayılzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.