• 28 °C
|

Göygöldə minik maşını işıq dirəyinə çırpılıb, yaralılar var

23 Avqust 2026
img

Göygöldə baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xıbır verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.