• 11 °C
|

Bakıda yaşayış binasında yanğın söndürülüb – FOTO – VİDEO – YENİLƏNİB-1

25 May 2025
img

Xəbər verdiyimiz ki, Bakı şəhərinin Nərimanov rayonu, F.Yusifov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN məlumat verib.

Məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 8 mənzilin yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 98kv.m. olan mənzilin eyvanı 15 kv.m. sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 40kv.m. olan mənzilin artırması 30kv.m. sahədə və 5 ədəd şam ağacı yanıb.

Binanın böyük hissəsi və ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.

***
18:39

Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasında yanğın söndürülüb.

Bu barədə APA-nın əməkdaşı xəbər verir.

Yanğın qısa müddətdə söndürülüb.

***

saat 18.17

Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasında yanğın başlayıb.

APA xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində qeydə alınıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.