• 22 °C
|

Biləsuvarda maşın aşıb, iki nəfər ölüb, üç nəfər xəsarət alıb

17 Oktyabr 2026
img

Biləsuvarda ağır yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.

İlkin məlumata görə, iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.