• 22 °C
|

Kürdəmirdə iki yük avtomobili toqquşub, ölən və yaralanan var

16 Oktyabr 2026
img

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı yük avtomobili yol kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində “Isuzu”nun sərnişini, 1980-ci il təvəllüdlü Taleh Cabbarov hadisə yerində həyatını itirib. Sürücü Mahmud Əliyev isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.