
Cəlilabadda qəza nəticəsində 7 nəfər xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Zopun kəndi ərazisində “Vaz 2106” və “Lada” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 7 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
saat 17.21
Cəlilabadda buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Zopun kəndində baş verib.
Belə ki, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından qayıdan şagirdləri kəndə aparan avtomobil digər kənd sakininin idarə etdiyi avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alanlar var.
Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.