• 25 °C
|

FHN: Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib

17 İyun 2026
img

Ötən sutka ərzində Bakıda bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında 1 nəfər xilas edilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib, 2 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.