• 30 °C
|

Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

5 Sentyabr 2025

Sentyabrın 4-də Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.