• 28 °C
|

Gəncədə orta yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

6 Avqust 2026
img

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin yaxınlığında qeydə alınıb.

Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı polis və prokurorluq əməkdaşları araşdırma aparır.