• 28 °C
|

Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

4 Avqust 2026
img

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “VAZ-2107” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.