26 Apr 2026

Xəbərə foto əlavə edilib.
***
saat 17.32
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai", "Opel" və "VAZ 2104" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.