• 23 °C
|

Göyçay sakinini ilan sancıb

27 May 2026
img

Göyçayda kişini ilan sancıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şəkər kəndində qeydə alınıb.

Kənd sakinlərinin sözlərinə görə, mal otaran zaman 1972-ci il təvəllüdlü Eldar Ağasəf oğlu Əliyevi ilan sancıb.

Sakinlərin köməyi ilə o, xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

E. Əliyevin hazırda müalicə aldığı bildirilir.