• 10 °C
|

Goyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var

18 Fevral 2026
img

Goyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var.

APA-nın Şirvan bürosu xəbər verir ki, fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evində hündürlükdən yıxılaraq xəsarətalıb. O, xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı C.Əhmədov pilləkəndən yerə yıxılıb.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə M.Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.