• 22 °C
|

Ucarda itkin düşən şəxsin meyiti kanalda tapılıb

18 Fevral 2026
img

Ucar rayonunda itkin düşən şəxsin meyiti kanalda tapılıb.

APA xəbər verir ki, hadisə fevralın 17-də qeydə alınıb. İtkin düşdüyü bildirilən Qaracallı kənd sakini 1964-cü il təvəllüdlü Vahid Məmmədovun meyiti kəndin ərazisindəki su kanalında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.