• 14 °C
|

Göygöldə 43 yaşlı kişi dəm qazından boğularaq ölüb

21 Aprel 2025
img

Göygöldə dəm qazından ölüm faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü R.Əliyev yaşadığı evin hamamında dəm qazından boğulub.

Onun meyiti yaxınları tərəfindın aşkarlanıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.