
Sabirabad şəhərində minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Əliyev Əlixan Məzahir oğlu ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Sabirabad sakini xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
20:16
Sabirabad şəhərində minik avtomobili ilə motosikletin toqquşması nəticəsində motosiklet sürücüsü ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan motosiklet sürücüsü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.