• 25 °C
|

Hacıqabul sakini göldə boğulub

25 May 2025
img

Hacıqabul sakini göldə boğulub.

APA-nın Mil-Muğan xəbərinə görə, hadisə Hacıqabul şəhərinin kənarında yerləşən balıq yetişdirilən göllərdən birində baş verib.

Hacıqabul sakini, 1991-ci il təvəllüdlü Nuriyev Elman Teymurşah oğlu göldə boğularaq ölüb.

Onun meyiti sudan çıxarılaraq Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.